Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 24 Nov 2023 04:21
Finlandiya hökuməti Rusiya ilə sərhəddəki keçid məntəqələrini bağlayıb.
APA xəbər verir ki, bu barədə Finlandiya Sərhəd Mühafizəsi məlumat yayıb.
Söhbət Vartius, Salla və Kuusamo keçid məntəqələrindən gedir.
Finlandiya Sərhəd Mühafizəsi ölkənin şərq sərhədindən qeyri-qanuni girişin əhəmiyyətli dərəcədə artdığını bildirib.
Xatırladaq ki, noyabrın 22-də Finlandiya Rusiya ilə sərhəddə demək olar ki, bütün məntəqələri bağlayıb.