Bazar ertəsi, 16 Ferval, 2026
Tarix: 16 Feb 2026 11:04
Ukraynanın 2021–2025-ci illərdə energetika naziri olmuş Herman Qaluşenkoya qarşı cinayət ittihamı irəli sürülüb.
APA xəbər verir ki, bu barədə Ukrayna Prokurorluğunun rəsmi “Telegram” kanalında məlumat yayılıb.
Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) bildirib ki, hazırda aparılan araşdırmalar qanunvericiliyə uyğun şəkildə və məhkəmə qərarı əsasında həyata keçirilir.
İttihamlar arasında pul yuyulması və cinayətkar təşkilatda iştirak maddələri də yer alır.
İlqar Xudiyev NABU sabiq energetika naziri saxlanılıb