Bazar ertəsi, 16 Ferval, 2026
Tarix: 16 Feb 2026 10:51
Ölkədə heç bir çevriliş və ya buna oxşar hər hansı bir hadisə olmayacaq.
APA xəbər verir ki, bu sözləri Qırğızıstan Prezidenti Sadır Japarov “Kabar” dövlət informasiya agentliyinə müsahibəsində bildirib.
“Nə qanunlar, nə də vəziyyət buna imkan verir. Ölkəni güclə yox, ağılla idarə etmək lazımdır. Güclə idarə etməyə çalışanlar indi haradadır? Keçmişdən dərs çıxarmalıyıq”, – Qırğızıstan Prezidenti vurğulayıb.
Qeyd edək ki, fevralın 10-da Japarov yaxın siyasi silahdaşı və dostu Nazirlər Kabineti sədrinin müavini, Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) rəhbəri Kamçıbek Taşiyevi və onun üç müavinini vəzifədən azad edib. O, Sərhəd Xidmətini bu qurumun tərkibindən çıxarıb və ölkənin ali rəhbər şəxslərinin təhlükəsizliyini təmin edəcək Dövlət Mühafizə Xidmətini yaradıb.
Bundan sonra parlamentin spikeri də istefa verib.
İlqar Xudiyev Qırğızıstan Prezident Japarov