Bazar ertəsi, 16 Ferval, 2026
Tarix: 16 Feb 2026 12:36
Macarıstan müxalifəti Ukraynanın Avropa İttifaqına sürətləndirilmiş üzvlüyünü dəstəkləmir.
APA xəbər verir ki, bunu Macarıstanda müxalif “Tisza” partiyasının lideri Peter Maqyar deyib.
O bildirib ki, Polşa Baş naziri Donald Tusk və digər Avropa liderləri bu məsələdə həmfikirdirlər.
“Aİ liderlərinin bir çoxunun mövqeyi budur ki, bütün namizəd ölkələr Aİ-yə qəbul edilməzdən əvvəl Kopenhagen meyarlarına cavab verməlidir”,- Maqyar bildirib.
Qeyd edək ki, 1993-cü ildə qəbul edilən Kopenhagen meyarları Aİ-yə üzv olmaq istəyən ölkələrin siyasi, iqtisadi və qanunvericilik baxımından ödəməli olduğu şərtlərin məcmusudur.
Toğrul Quluzadə Macarıstan Ukrayna Maqyar Aİ