Bazar ertəsi, 16 Ferval, 2026
Tarix: 16 Feb 2026 13:22
Köçkünlük illərində ölkənin bir neçə bölgəsində ağır şəraitdə yaşamışıq. Özüm müharibə iştirakçısıyam. Birinci Qarabağ savaşında ərazilərimizin müdafiəsi uğrunda silaha sarılmışam. Çox şükürlər olsun ki, qalib dövlətin qalib döyüşçüsü kimi doğma Xocalıya qayıdırıq.
Bu sözləri APA-nın Qarabağ bürosuna Xocalı sakini Eyvaz Ələsgərov deyib. O bildirib ki, köçkünlük illərində öncə Naftalan sonra isə Neftçala rayonunda məskunlaşıb.
"Çox çətin illəri geridə qoyduq. Ağır günlər yaşadıq. Amma bütün bunlar tarixə qovuşdu. Biz doğma yurda qalib kimi qayıdırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Ali Baş Komandanı hər zaman var eləsin".
Elgün Gəncimsoy Xocalı köç