Bazar ertəsi, 16 Ferval, 2026
Tarix: 16 Feb 2026 13:13
Uzun illər idi yurd həsrəti ilə yaşayırdıq. Şükür Allaha həsrət başa çatıb. Çətin günlər geridə qalıb. Artıq biz doğma yurda qayıtmışıq.
Bu sözləri APA-nın Qarabağ bürosuna bu gün Xocalı şəhərinə qayıdan keçmiş məcburi köçkün Səyyarə Sadıqova deyib. Keçmiş məcburi köçkün onlara yaradılan şəraitə görə dövlət başçısına təşəkkürünü bildirib:
"Bizi hər şəraitlə təmin etdiyi üçün Prezidentimizə təşəkkür edirəm. Torpaqlarımızın azadlığı yolunda canlarını qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Çox sevinirəm. Bunu sözlərlə ifadə etmək mümkün deyil".
Elgün Gəncimsoy Xocalı
