Bazar ertəsi, 16 Ferval, 2026
Tarix: 16 Feb 2026 13:02
Ermənistanda məhkəmə qərarı ilə Robert Koçaryanın prezidentliyi dövründə Dövlət Gəlirləri Komitəsində çalışan üç yüksək vəzifəli məmurdan 1 milyon 600 min dollar məbləğində vəsait dövlətin xeyrinə müsadirə olunacaq.
APA xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, bu məbləğ məhkəmə qərarı ilə qanunsuz əldə edilmiş sərvət olaraq müsadirə edilir.
Baş Prokurorluğun məlumatına görə, verilən məhkəmə qərarı artıq qüvvəyə minib. Bu qərar, keçmiş məmurların qanunsuz şəkildə əldə etdikləri pulları geri almağa yönələn genişmiqyaslı mübarizənin bir hissəsidir.
İlqar Xudiyev Koçaryan Ermənistan korrupsiya Baş prokurorluq