Kreml 5 Avropa ölkəsinin Navalnının zəhərlənib öldürülməsi ilə bağlı ittihamlarını rədd edib

Tarix: 16 Feb 2026 13:55

Rusiya Aleksey Navalnı ilə bağlı ona qarşı irəli sürülən son ittihamları rədd edir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, həmin iddiaların əsassız və qərəzli olduğunu söyləyib.

"Biz təbii ki, bu cür ittihamları rədd edirik", - Peskov Kremlin Aleksey Navalnının ölümü ilə bağlı Qərbin son bəyanatlarına reaksiyasından danışarkən qeyd edib.

Qeyd edək ki, Böyük Britaniya, İsveç, Fransa, Almaniya və Niderland birgə bəyanat yayaraq Cənubi Amerika zəhərli qurbağalarında tapılan epibatidin zəhərinin Navalnının ölümünə səbəb ola biləcəyini iddia edib.

Fərid Əkbərov Rusiya Aleksey Navalnı

Xəbər Lenti