Putin mayın sonunda Qazaxıstana dövlət səfərinə gedəcək

Tarix: 16 Feb 2026 14:59

Rusiya prezidenti Vladimir Putin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.

APA-nın Moskva bürosu Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər Rusiya-Qazaxıstan münasibətlərinin daha da inkişaf etdirilməsi, hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik barədə razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.

Putin may ayının sonunda Astanada keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının qarşıdan gələn iclasında iştirakını təsdiqləyib. Tokayev Rusiya prezidentini bu tədbirlə əlaqədar olaraq Qazaxıstana dövlət səfərinə dəvət edib. Putin dəvəti minnətdarlıqla qəbul edib.

Bundan əlavə, onlar beynəlxalq gündəmdəki cari məsələləri müzakirə ediblər.

Fərid Əkbərov Rusiya Putin Qazaxıstan

Xəbər Lenti