Rusiyanın Rostov vilayətində miqrantlara kuryer və ərzaq mağazalarında satıcı işləmək qadağan edilib

Tarix: 16 Feb 2026 16:22

Rusiyanın Rostov vilayətində miqrantlara aprelin 1-dən etibarən kuryer və ərzaq mağazalarında satıcı kimi işləmək qadağan ediləcək.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru fərman imzalayıb.

Qadağa yalnız iş icazəsi ilə işləyənlərə şamil edilir. Yəni, Avrasiya İqtisadi İttifaqına üzv olan Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan vətəndaşlarına şamil edilməyəcək.

Qeyd edək ki, məlum qadağa Rusiyanın bir sıra regionlarında tətbiq olunub. Bir müddət öncə Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda miqrantlara taksi fəaliyyəti ilə məşğul olmaq qadağan olunmuşdu.

Fərid Əkbərov Rusiya Rostov miqrantlar

Xəbər Lenti