İranda Əfqanıstan vətəndaşlarını daşıyan maşınlar qəza törədib, 4 nəfər ölüb, 21 yaralı var

Tarix: 16 Feb 2026 17:07

İranın Zahidan bölgəsində Sərəvan-Kəlpurqan yolunda yaşanan yol qəzasında 4 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

APA İran mediasına istinadən xəbər verir ki, Əfqanıstan vətəndaşlarını daşıyan iki nəqliyyat vasitəsi toqquşub.

Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Toğrul Quluzadə İran Zahidan yol qəzası

Xəbər Lenti