Zelenski: Fransada energetika sahəsində “Ramştayn” formatında beynəlxalq görüşlər keçiriləcək

Tarix: 16 Feb 2026 18:39

Bu həftə Fransada energetika sahəsində "Ramştayn" formatında beynəlxalq görüşlər keçiriləcək.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, Fransadakı görüşlərdə "Yeddilər Qrupu"nun (G7) üzvləri, Şimali Avropa və Baltikyanı tərəfdaşlar, həmçinin ABŞ, Kanada və Avropa İttifaqından olan nazirlər iştirak edəcəklər.

O, əlavə edib ki, Münxendə keçirilən konfransda bəzi tərəfdaşlarla enerji məsələlərini müzakirə ediblər: “Mövcud razılaşmaları yaxın günlərdə həyata keçirmək lazımdır".

İlqar Xudiyev Enerji Ramştaynı Zelenski Ukrayna Avropa

Xəbər Lenti