Çərşənbə axşamı, 17 Ferval, 2026
Tarix: 17 Feb 2026 02:22
Omanın xarici işlər naziri Bədr əl-Busaidi nüvə məsələsi ilə bağlı ABŞ-la danışıqlara hazırlıq məqsədilə Cenevrədə iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Omanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Omanın xarici işlər naziri Bədr əl-Busaidi İran və ABŞ arasında sabah keçirilməsi planlaşdırılan danışıqlarının ikinci mərhələsinə hazırlıq məqsədilə Cenevrədə İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb", - məlumatda deyilir.