Şəmkir Xəstəxanasının direktoru işdən çıxarılıb

Tarix: 17 Feb 2026 10:39

Şəmkir Rayon Mərkəzi Xəstəxanasının direktoru işdən çıxarılıb.

APA-nın məlumatına görə, xəstəxananın direktoru Samir Namazov TƏBİB rəhbərliyinin müvafiq əmiri ilə vəzifəsindən azad edilib.

Qeyd edək ki, S.Namazov bu vəzifəyə 2025-ci ildə təyin edilib. O, direktor təyin olunmazdan öncə xəstəxananın Cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışıb.

Fuad Nazimoğlu Şəmkir Xəstəxanası direktor

Xəbər Lenti