Cümə, 23 Yanvar, 2026
Tarix: 14 Nov 2023 12:48
Cari ilin yanvar-oktyabr aylarında əsas kapitala 14 258 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,1 faiz çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 20,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 15,4 faiz artmışdır. İstifadə olunmuş vəsaitin 8414,6 milyon manatı və ya 59 faizi məhsul istehsalı sahələrinə, 5 108,0 milyon manatı (35,8 faizi) xidmət sahələrinə, 735,4 milyon manatı (5,2 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Məlumata görə, əsas kapitala yönəldilmiş vəsaitlərin 1 1031,1 milyon manatını və ya 77,4 faizini daxili vəsaitlər təşkil etmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 10444,4 milyon manatı və ya 73,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 45,5 faiz, büdcə vəsaitləri 40,8 faiz, əhalinin şəxsi vəsaitləri 6,3 faiz, bank kreditləri 2,5 faiz, sair vəsaitlər isə 4,9 faiz təşkil edib.