Cümə axşamı, 19 Ferval, 2026
Tarix: 19 Feb 2026 08:49
Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verdiyi üçün sərnişinlər düşürülərək qatar baxış üçün "Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.
APA xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Belə ki, dərhal "Nərimanov" elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb.
Məhz buna görə də "Dərnəgül-Nərimanov" sahəsində interval fərqi yaranıb.
Fərid Yusifov