Məhkəmə hakimləri ilə bağlı tədbirlərə ayrılan vəsait açıqlanıb

Tarix: 20 Feb 2026 13:46

Ötən il Bakıda baş tutan Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Konfransının keçirilməsinə 500 min manat xərclənilib.

APA xəbər verir ki, bunu Azərbaycan Hakimlərinin II Forumunda Hakimlər İttifaqının sədr müavini Ələddin Cəfərov deyib. Onun sözlərinə görə, 2025-ci il üzrə Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Konfransının keçirilməsinə 500 min manat, ötən il keçirilmiş forumunun təşkili üçün 79 min 350 manat vəsait xərclənib. Ələddin Cəfərov əlavə edib ki, vəfat etmiş hakimlərin ailələrinə, xəstə hakimlərə və maddi yardıma ehtiyacı olanlara 14 min 350 manat dəstək göstərilib. Eyni zamanda hakimlərin ingilis dili biliklərinin artırılması məqsədilə ixtisasartırma kurslarına 3 min manat vəsait xərclənib.

Selcan Zaurqızı Məhkəmə hakim xərclər

Xəbər Lenti