Xocavəndə qayıdan sakin: Burada hər addım atanda şəhidlərimizi düşünürəm

Tarix: 20 Feb 2026 17:35

İmişlidə ağır şəraitdə köçkünlük həyatı yaşadıq. Həyat yoldaşım Ədalət Məmmədov Xocavənd özünü müdafiə dəstəsinin komandiri olub. O, şəhid olanda biz Xocavəndi tərk etdik. Onda övladlarım körpə idi. İndi kəndimizə nəvələrimlə qayıtmışam. Bu, mənim üçün şəhidlərimizin qisası, itkilərimizə təsəllidir.

Bunu APA-nın Qarabağ bürosuna bu gün Xocavənd rayonuna qayıdan keçmiş məcburi köçkün Ofeliya Məmmədova deyib.

O, yaşadığı sevinci sözlə ifadə edə bilmədiyini vurğulayıb: "Sözlər bu sevinci ifadə edə bilməz. Bir şəhid yoldaşı kimi burada hər addım atanda şəhidlərimizi düşünürəm. Allah onlara rəhmət eləsin. Başda Prezidentimiz olmaqla bu sevinci bizə yaşadan hər kəsə öz dərin təşəkkürümü bildirirəm".

Elgün Gəncimsoy Xocavənd köç

Xəbər Lenti