Cümə, 20 Ferval, 2026
Tarix: 20 Feb 2026 17:15
“Kəndimizi görməmişdim. Köçkünlük illərində Ağcabədi rayonunda doğulmuşam. Bu gün kəndimizə iki övladımla qayıtdım. Kənddə müəllim kimi çalışacam”.
Bunu APA-nın Qarabağ bürosuna bu gün Xocavənd rayonunun Xocavənd kəndinə köçən Rövşanə Quliyeva deyib.
"Biz orta məktəbdə oxuyanda rayonlarımızın işğal tarixini öyrənirdim. Amma indi şagirdlərimə həmin rayonların azad edilmə tarixini öyrədəcəm. Daha biz mərmi düşən yerlərdən yox, sürətlə inkişaf edən yerlərdən danışacağıq. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Döyüşçü qardaşlarımıza minnətdarlığımı bildirirəm. Allahdan Prezidentimizə uzun ömür, möhkəm can sağlığı arzulayıram".
Elgün Gəncimsoy Xocavənd köç