Cümə, 23 Yanvar, 2026
Tarix: 24 Nov 2023 14:21
Bu gün saat 13:20 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-ə (ADY) məxsus teplovoz Sitalçay–Tağıyev çeşidləmə mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 90-MR-785 olan “Mercedes” markalı avtomobil xəbərdarlıq nişanlarına məhəl qoymadan dəmiryol xəttini keçməyə cəhd edib.
ADY-dan “APA-Economics”ə verilən məlumata görə, toqquşma nəticəsində xəsarət alan olmayıb.
ADY nəqliyyat vasitələri sürücülərini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə çağırır.
“Dəmiryol keçidlərindən keçən zaman diqqətli olun! Qaydaları pozan sürücülər sadəcə 100 AZN məbləğində cərimələnmir, özünün və sərnişinlərin həyatını da riskə atırlar”, - məlumatda qeyd olunur.
