Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 24 Nov 2023 15:05
Ermənistanda 44 günlük müharibəni araşdıran parlament komissiyasının səlahiyyət müddəti gələn həftə bitəcək.
APA xəbər verir ki, bu barədə parlamentin müvafiq komissiyasının rəhbəri Andranik Koçaryan bildirib.
Onun sözlərinə görə, komissiyanın səlahiyyət müddəti dekabrın 3-də başa çatır.
“Bu o deməkdir ki, bizim artıq kiməsə zəng etmək, sənədləri yoxlamaq hüququmuz yoxdur. Xeyli material toplusu var və onların araşdırılması hələ çox iş görülməlidir”, - deyə Koçaryan bildirib.
Komissiya rəhbəri onu da əlavə edib ki, araşdırmaların nəticələri gələn il elan ediləcək.