Tehranda hava çirkliliyinə görə dərslər onlayn keçiriləcək

Tarix: 14 Nov 2023 13:37

Tehranda hava çirkliliyinə görə dərslər onlayn keçiriləcək. İranın paytaxtı Tehranda havanın çirklənməsinin artması ilə əlaqədar sabah ibtidai siniflər onlayn dərs keçəcək.

APA xəbər verir ki, bu barədə Tehranın havanın çirklənməsi ilə bağlı fövqəladə vəziyyətlərin əlaqələndirilməsi üzrə işçi qrupu qərar verib.

Qərara əsasən, Tehranda bütün məktəbəqədər və ibtidai siniflər üzrə dərslər onlayn keçiriləcək.

Qeyd edək ki, havanın çirklənməsi ilə bağlı bu gün İsfahanın bəzi şəhərlərində bütün məktəblər bağlanıb. Ölkənin Meteorologiya Təşkilatı Tehranda havanın çirklənməsinin həyəcanverici mərhələyə çatdığını bildirib.

Vətəndaşlara avtomobillərin hərəkətini azaltmaq, açıq havada fiziki və idman fəaliyyətlərindən çəkinmək tövsiyə edilib.

Xəbər Lenti