Azad edilmiş ərazilərə köçən 8466 nəfərin məşğulluğu təmin edilib

Tarix: 24 Feb 2026 14:15

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizə köçürülmüş sakinlərin məşğulluq tədbirləri ilə əhatə olunması işlərini davam etdirir.

Bu barədə APA-ya ƏƏSMN-dən məlumat verilib.

Böyük Qayıdış proqramı çərçivəsində dogma yurdlarına köçürülmüş sakinlərdən artıq 8 466 şəxsin məşğulluğu təmin edilib.

Sakinlərin məşğulluğunun təminatı üçün Agentlik tərəfindən işlə təminat, özünüməşğulluq proqramına cəlb olunma, peşə hazırlığı, əmək yarmarkalarının təşkili və s. aktiv məşğulluq tədbirləri həyata keçirilir.

Gülcahan İmanqızı Dövlət Məşğulluq Agentliyi məşğulluq

Xəbər Lenti