Zelenski: Trampın bu il iyulun 4-dək Ukraynadakı müharibəni bitirmək istədiyinin tərəfdarıyam

Tarix: 24 Feb 2026 23:05

“Trampın bu il iyulun 4-dək Ukraynadakı müharibəni bitirmək istədiyi barədə məlumat mənim üçün yenidir. Amma əgər bu doğrudursa, mən tamamilə bunun tərəfdarıyam”.

APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna-Skandinaviya və Baltikyanı ölkələr sammiti zamanı deyib.

“Ukrayna həmişə ABŞ-ın müharibəni mümkün qədər tez bitirmək istəyini dəstəkləyir. 4 iyul tarixinə, ABŞ və ya Prezident Trampın müharibəni bitirmək istəməsinə gəlincə, mən bunu yalnız ABŞ prezidenti desə dəstəkləyə bilərəm. Bu, mənim üçün yeni məlumatdır", - o vurğulayıb.

Xəbər Lenti