Çərşənbə, 25 Ferval, 2026
Tarix: 25 Feb 2026 10:16
Bu ilin yanvar ayında Azərbaycanda sığorta şirkətinin yığımlarının həcmi 156,6 milyon manat olub.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 4,3% azdır.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 62 milyon manat təşkil edib. Bu göstərici illik müqayisədə 30% çoxdur.
Qeyd edək ki, bu dövrdə sığorta bazarının zərərliliyi artıb. Belə ki, ilin ilk ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 29 manat olub.
Rahim Tarıverdiyev sığorta sığorta bazarı yığım ödəniş zərər