Çərşənbə, 25 Ferval, 2026
Tarix: 25 Feb 2026 12:19
Bu ilin yanvar ayında Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 53 milyon 793 min manata bərabər olub.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% və ya 1 milyon 92 min manat çoxdur. 2025-ci ilin yanvar ayında həyat sığorta şirkətləri 52 milyon 701 min manat sığorta haqqı toplaya bilmişdi.
Ötən ay həyatın yaşam sığortası üzrə ödənişlər isə 38,4% artaraq 40 milyon 48 min manata çatıb. Ötən ilin yanvar ayında bu sığorta növü üzrə ödənişlər 28 milyon 936 min manat təşkil edib.
Qeyd edək ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.
İlahə Səlimova
APA-Economics həyat sığortası həyatın yaşam sığortası