"Moody’s": Azərbaycanın iqtisadi artımı qarşıdakı iki ildə 2,5–3% olacaq

Tarix: 25 Feb 2026 14:41

"Moody’s" beynəlxalq reytinq agentliyi Azərbaycanın real ümumdaxili məhsulunun (ÜDM) artımının 2026–2027-ci illərdə 2,5–3% səviyyəsində olacağını proqnozlaşdırır.

“APA-Economics” xəbər verir ki, bu barədə "Moody’s"in Azərbaycanın bank sisteminin perspektivlərinə dair hesabatında bildirilir.

Bu göstərici 2025-ci il üçün gözlənilən 1,5% və 2024-cü ildə qeydə alınmış 4,1% artımla müqayisədə daha yüksəkdir.

Agentliyin qiymətləndirməsinə görə, iqtisadi artımın sürətlənməsi əsasən qeyri-neft sektorunun sabit inkişafı ilə bağlı olacaq. Bank əməliyyatlarının böyük hissəsi məhz bu sektorun payına düşür.

Hesabatda qeyd olunur ki, bu tendensiya kreditləşmənin artımını, bank sektorunda aktivlərin keyfiyyətinin qorunmasını və rentabelliyin saxlanmasını dəstəkləyəcək.

Rahim Tarıverdiyev Moody's Azərbaycan iqtisadi artım

Xəbər Lenti