Azərbaycanda icbari avto sığorta üzrə yığımlar və ödənişlər artıb

Tarix: 25 Feb 2026 15:47

Azərbaycanın sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə cari ilin yanvar ayı ərzində 13 milyon 751 min manat sığorta haqqı toplayıb.

“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2025-ci ilin yanvar ayı ilə müqayisədə 7,4% və ya 948 min manat çoxdur. Ötən ilin ilk ayında bu sığorta növü üzrə 12 milyon 803 min manat sığorta haqqı toplanıb.

Ötən ay avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlərinin həcmi 11 milyon 400 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 20,2% və ya 1 milyon 922 min manat çoxdur. 2025-ci ilin yanvar ayında bu sığorta növü üzrə ödənişlərin həcmi 9 milyon 478 min manata bərabər olub.

Onu da bildirək ki, ötən ilin yanvar ayında sığorta şirkətləri sözügedən sığorta növü üzrə topladıqları hər 100 manatdan 74 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk ayında bu rəqəm 82.9 manat təşkil edib.

İlahə Səlimova

APA-Economics

Xəbər Lenti