Cümə axşamı, 26 Ferval, 2026
Tarix: 26 Feb 2026 09:38
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,51 ABŞ dolları və ya 0,71% ucuzlaşaraq 71,46 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 71,97 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Emil İsmayılov Azərbaycan nefti Azeri Light