ABŞ-ın kommersiya neft ehtiyatları 435 mln. bareli ötüb

Tarix: 26 Feb 2026 08:59

ABŞ-da kommersiya neft ehtiyatları 15 989 min barel artıb və 435 804 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 800 min barel artacağını proqnozlaşdırırdı.

Qeyd edək ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Emil İsmayılov EIA ABŞ neft ehtiyatları

Xəbər Lenti