Cümə axşamı, 26 Ferval, 2026
Tarix: 26 Feb 2026 11:33
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 176 min ədəd artaraq 22 milyon 156 min ədəd təşkil edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankının açıqladığı statistikaya istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11% artıb.
Ödəniş kartlarında debet kartlarının sayı 13.3% artıb, kredit kartlarının sayı isə 7.6% azalıb.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, yanvar ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11.4 % artıb. 2026-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7 milyard 687 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6 milyard 600 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 85 mln. manatı POS-terminallar, 3 mln. manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib.
Onu da bildirək ki, ötən ay ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 70.6%-ni təşkil edib.
İlahə Səlimova ödəniş kartları debet kredit