Azərbaycana sürətli pul köçürmələri 25%-dən çox artıb

Tarix: 26 Feb 2026 14:52

Bu ilin yanvar ayında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 120.7 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 36.4 milyon manata bərabər olub.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən apardığı hesablamalara görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 25,2% və ya 24,3 milyon manat artıb, banklardan xaricə köçürmələr isə 0,3% və ya 0,1 milyon manat azalıb.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 758.8 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 490.4 milyon manata bərabər olub.

İlahə Səlimova sürətli pul köçürmələri banklar manat Azərbaycan

Xəbər Lenti