“Bu, hərbi əməliyyatın məqsədlərindən biridir”

Tarix: 24 Nov 2023 22:55

HƏMAS-ın Qəzza zolağında saxladığı girovların qaytarılmasının birinci mərhələsi başa çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

“Biz ilk girovlarımızın qaytarılması mərhələsini başa çatdırdıq”, - Netanyahu qeyd edib.

Siyasətçi əmin edib ki, İsrail hazırda Fələstin anklavından girovluqda olan bütün vətəndaşlarını qaytaracaq:

“Bu, hərbi əməliyyatın məqsədlərindən biridir, biz bütün məqsədlərə nail olmağa çalışırıq”.

Xəbər Lenti