Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 25 Nov 2023 05:12
Ukraynada gələn il seçkilər olmayacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri, deputat David Araxamiya deyib.
O bildirib ki, növbəti ildə nə parlament, nə yerli, nə də prezident seçkiləri olacaq.
Qeyd edək ki, Ukrayna qanunvericiliyə əsasən, hərbi vəziyyət səbəbindən ölkədə seçki keçirilə bilməz.