Şimali Makedoniya ATƏT-in sammiti ərəfəsində Lavrov üçün hava məkanını açıb

Tarix: 25 Nov 2023 03:47

Şimali Makedoniya hakimiyyəti Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təyyarəsinin ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclasında iştirakına icazə vermək qərarına gəlib.

APA-nın RenTV-yə istinadən verdiyi məlumata görə, bu barədə hökumətin yaydığı məlumatda bildirilir.

Hökumətin iclasında Makedoniya səmasını Rusiya təyyarələri üçün bağlayan anti-Rusiya sanksiyalarına əlavə qəbul edilib ki, bu da beynəlxalq tədbirlər keçirərkən istisna anlamına gəlir.

ATƏT-in Nazirlər Şurası bu il təşkilata sədrlik etdiyi üçün Şimali Makedoniyanın paytaxtı Skopyedə noyabrın 30-dan dekabrın 1-dək keçiriləcək.

Xəbər Lenti