Livan Baş naziri ölkə ərazisindən İsrailə zərbəni “məsuliyyətsiz addım” adlandırıb

Tarix: 02 Mar 2026 05:53

Livanın Baş naziri Nəvaf Salam respublika ərazisindən İsrailə raket atılmasını sərt tənqid edib və bunu “məsuliyyətsiz addım” kimi qiymətləndirib.

APA xəbər verir ki, Salam bu barədə “X” hesabında yazıb:

“Cənubi Livandan raket buraxan hər kəs son dərəcə məsuliyyətsiz addım atıb. Bu, bütün ölkənin təhlükəsizliyini risk altına qoyur və İsrailə aqressiyanı davam etdirmək üçün bəhanə verir.”

Baş nazir əlavə edib ki, Livanın növbəti avantüraya cəlb olunmasına imkan verməyəcək və Livan xalqının qorunması üçün tədbirlər görəcəyini bildirib.

Xəbər Lenti