Bazar ertəsi, 2 Mart, 2026
Tarix: 02 Mar 2026 11:16
Bakı–Şamaxı–Yevlax yolunun bəzi hissələri buz bağlayıb.
APA-nın Şirvan bürosu xəbər verir ki, gecə saatlarında yağan qar və temperaturun dəyişməsi magistral yolda fəsadlar yaradıb. Bakı–Şamaxı–Yevlax avtomobil yolunun bəzi hissələri buz bağlayıb. Buzlasma daha çox Qobustan rayonu ərazisindən keçən hissədə müşahidə olunur.
Yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin canlı qüvvəsi və xüsusi təyinatlı texnikaları əraziyə cəlb edilib. Yolun təhlükəli sayılan döngəli və enişli-yoxuşlu hissələrinə duz-qum qarışığı səpilib.
Sürüşmə səbəbindən yolun Şamaxıdan keçən hissəsində iki minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb, xəsarət alan olmayıb.
Hazırda magistralın Qobustan, Şamaxı və Ağsu dolaylarından keçən hissələrində, həmçinin Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkətində məhdudiyyət yoxdur, avtomobillər hər iki istiqamətdə sərbəst hərəkət edir.
İlham Əhmədov Bakı–Şamaxı–Yevlax yolu buz qəza


