Çərşənbə axşamı, 3 Mart, 2026
Tarix: 03 Mar 2026 00:00
“Azərbaycanda dini nöqteyi-nəzərdən hər hansı bir parçalanma yoxdur”.
Bunu APA-nın Türkiyə bürosuna açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.
Onun sözlərinə görə, Azərbaycan nadir ölkələrdəndir ki, eyni məsciddə həm şiələr, həm də sünnilər ibadət edirlər.
Komitə rəsmisi Ramazan ayı ilə əlaqədar bu il də silsilə iftar tədbirlərinin keçiriləcəyini bildirib.
“Əsas məqsəd məzhəb ayırmadan dünyada yaşayan müsəlman azərbaycanlıları bir süfrə ətrafında birləşdirməkdir. Ramazan ayı gözəl fürsətdir. Biz bu fürsəti dəyərləndirməyə çalışırıq. Ötən il Gürcüstanın Tbilisi və Rustavi şəhərlərində keçirilən iftar tədbirlərinin davamı olaraq, bu il Türkiyənin üç şəhərində tədbirlər həyata keçiriləcək”, - qurum rəsmisi qeyd edib.
Dəryanur Cəfərova