İsrail Nəbatiyyəni dronla vurub, səkkiz livanlı həlak olub - YENİLƏNİB

Tarix: 15 Feb 2024 07:51

İsrailin Livanın cənubundakı Nəbatiyyə şəhərini vurması nəticəsində ölənlərin sayı artıb.

APA xəbər verir ki, Livan Qızıl Xaç Cəmiyyətinin yerli bölməsi məlumat yayıb.

Meslax yaşayış massivindəki üçmərtəbəli evə endirilən zərbə nəticəsində 8 nəfər ölüb.

Partlayış qonşu binalara və küçədə dayanmış avtomobillərə ziyan vurub.

Son bir gündə Livanın cənubunda İsrailin hücumları zamanı 13 nəfər ölüb, 11-i yaralanıb.

Nəbatiyyəni paytaxt Beyrutdan 75 kilometr məsafədə yerləşir

***

Saat 02:50

İsrail Hərbi Hava Qüvvələri pilotsuz uçuş aparatı ilə Livanın cənubundakı Nəbatiyyə şəhərini vurub.

APA xəbər verir ki, bnu barədə Livan Qızıl Xaç Cəmiyyətinin yerli bölməsi bildirib.

Hadisə nəticəsində 4 nəfər ölüb, 10-u yaralanıb.

Zərbə Meslaç yaşayış massivindəki üçmərtəbəli evə tuş gəlib.

Partlayış qonşu binalara və küçədə dayanmış avtomobillərə ziyan vurub.

Eyniadlı vilayətin inzibati mərkəzi olan Nəbatiyyənin 120 min nəfər əhalisi var.

,

Xəbər Lenti