Cümə axşamı, 29 Yanvar, 2026
Tarix: 25 Nov 2023 11:31
Rusiya qüvvələri noyabrın 25-dən 26-na keçən gecə Ukraynaya İran istehsalı olan "Şahed 131/136" kamikadze dronları ilə hücum edib.
APA "Ukrinform"a istinadən xəbər verir ki, bu barədə Ukrayna hava qüvvələri məlumat yayıb.
Bildirilib ki, Ukrayna havadan müdafiə qüvvələri atılan 76 hücum PUA-larının 71-ni zərərsizlışdirib. Hücumun əsas istiqaməti Kiyev olub. Kiyevə 40 dronun atıldığı bildirilib. Hücum nəticəsində 2 nəfər yaralanıb.