Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 15 Feb 2024 21:16
Türkiyədə səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Darçiaşvili sosial media hesabındakı paylaşımında bildirib.
"Biz görüş zamanı xüsusilə regionda davam edən geosiyasi hadisələr fonunda ölkələrimiz arasında strateji tərəfdaşlığın önəmini vurğuladıq",- Darçiaşvili qeyd edib.