“Bakı Fond Birjası”nın dövriyyəsi 35% azalıb

Tarix: 04 Mar 2026 17:19

Bu ilin yanvar–fevral aylarında “Bakı Fond Birjası”nın (BFB) ümumi dövriyyəsi 8,87 milyard manat təşkil edib.

“APA-Economics” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 34,8% azdır.

Son 1 ildə BFB-də bağlanmış əqdlərin sayı 30,7% azalaraq 3 737 əqd təşkil edib.

Dövlət qiymətli kağızları üzrə bağlanmış əqdlərin ümumi həcmi 434,4 milyon manat, Mərkəzi Bankın (ARMB) notları üzrə bağlanmış əqdlərin həcmi 187 milyon manat, korporativ qiymətli kağızların həcmi isə 68,3 milyon manat, ipoteka istiqrazlarının həcmi isə 207,5 milyon manat olub.

Birjada ən böyük dövriyyə isə repo əməliyyatlarının payına düşüb. Belə ki, yanvar–fevral aylarında bu alətlər üzrə bağlanmış əqdlərin ümumi həcmi 7,98 milyard manat təşkil edib.

Rahim Tarıverdiyev BFB birja ticarət dövriyyəsi qiymətli kağızlar repo

Xəbər Lenti