ADB "Xəzər Yaşıl Enerji Dəhlizi"nin texniki-iqtisadi əsaslandırma mərhələsinə başlayıb

Tarix: 04 Mar 2026 17:58

Martın 4-də Asiya İnkişaf Bankı (ADB) Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri ilə birlikdə Bakıda Xəzər dənizi Yaşıl Enerji Dəhlizi layihəsinin 1-ci mərhələ texniki-iqtisadi əsaslandırma (TİƏ) tədqiqatı üzrə İnkişaf seminarını (Inception Workshop) keçirib.

"APA-Economics" Asiya İnkişaf Bankına istinadən xəbər verir ki, tədbir Xəzər regionunda regional elektrik əlaqəsinin yaradılmasına yönəlmiş texniki-iqtisadi əsaslandırmanın birinci mərhələsinin irəlilədilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilib.

Dəyirmi masa və potensialın gücləndirilməsi seminarı formatında təşkil olunan tədbirdə yüksək səviyyəli dövlət rəsmiləri, elektrik ötürmə sistemlərinin operatorları, enerji və telekommunikasiya tənzimləyiciləri, inkişaf tərəfdaşları və texniki ekspertlər iştirak ediblər.

Seminar zamanı tərəflər elektrik enerjisinə tələbatın proqnozlaşdırılması, generasiya planlaşdırılması, bərpa olunan enerjinin inteqrasiyası ssenariləri, şəbəkə araşdırmaları və elektrik əlaqəsi variantları, o cümlədən dənizaltı kabel konsepsiyaları üzrə texniki müzakirələr aparıblar. Müzakirələr həmçinin telekommunikasiya və enerji sisteminin əməliyyatları, tənzimləmə məsələləri və layihənin həyata keçirilməsi üzrə təklif olunan yol xəritəsini də əhatə edib.

Əlavə olaraq, seminarın yekununda 1-ci mərhələ texniki-iqtisadi əsaslandırma hesabatının hazırlanması, eləcə də tədqiqatın 2-ci mərhələsinə hazırlıq üçün məlumat tələbləri, vaxt qrafiki və növbəti addımlar üzrə razılıq əldə olunub.

Rahim Tarıverdiyev Asiya İnkişaf Bankı seminar "Xəzər Yaşıl Enerji Dəhlizi"

Xəbər Lenti