Cümə axşamı, 5 Mart, 2026
Tarix: 05 Mar 2026 09:39
ABŞ-da kommersiya neft ehtiyatları 3 475 min barel artıb və 439 279 min barel təşkil edib.
"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 3 000 min barel artacağını proqnozlaşdırırdı.
Qeyd edək ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.
Emil İsmayılov EIA ABŞ neft ehtiyatları