Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - YENİLƏNİB - FOTO

Tarix: 05 Mar 2026 10:35

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası Bakıdan yola salınıb.

APA xəbər verir ki, 1984 ton dizel yanacağı (31 vaqon) Ermənistana göndərilib.

Bununla yanaşı, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 135 ton gübrə yüklü 2 vaqon bu gün Bakıdan yola salınıb.

***

09.56

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası Bakıdan yola salınır.

APA xəbər verir ki, 1984 ton dizel yanacağı (31 vaqon) Ermənistana göndərilir.

Bununla yanaşı, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 135 ton gübrə yüklü 2 vaqon bu gün Bakıdan yola salınır.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir.

Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan edib ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.

Emil İsmayılov Tranzit Rusiya Azərbaycan Ermənistan dizel gübrə

Xəbər Lenti