Cümə axşamı, 5 Mart, 2026
Tarix: 05 Mar 2026 11:14
Gələcəyin vergi sistemi artıq retrospektiv yanaşma ilə kifayətlənmir və real vaxtlı məlumat analitikası, süni intellekt və risk əsaslı modellərə əsaslanacaq.
“APA-Economics” xəbər verir ki, bunu “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” Forumunda çıxışı zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.
O bildirib ki, süni intellekt və kiber təhlükəsizlik sahələrinə diqqətin artırılması, xidmətlərin vahid platformalar üzərindən təqdim edilməsi dövlət idarəçiliyində strateji vəzifələrdən biridir.
O.Nəzərlinin sözlərinə görə, vergi idarəçiliyi də bu transformasiya prosesinin ayrılmaz hissəsidir. Real vaxtlı data analitikası, risk əsaslı nəzarət modelləri, məlumatların idarə olunması çərçivəsi, eləcə də süni intellekt və maşın öyrənməsi qərarların intuisiya deyil, faktlara əsaslanaraq verilməsinə imkan yaradır.
DVX rəhbəri qeyd edib ki, bu yanaşma həm dövlət, həm də vergi ödəyiciləri üçün daha proqnozlaşdırıla bilən, şəffaf və ədalətli mühit formalaşdırır.
O əlavə edib ki, rəqəmsal həllər təkcə vergi inzibatçılığının təkmilləşdirilməsinə deyil, həm də vətəndaşlar üçün proseslərin daha sadə və əlçatan olmasına xidmət edəcək.
Rahim Tarıverdiyev vergi sistemi süni intellekt