Orxan Nəzərli: İqtisadi aktivliyin yarısı “ağarma” effekti ilə bağlıdır

Tarix: 05 Mar 2026 11:03

İqtisadi aktivliyin artımının təxminən yarısı iqtisadiyyatın “ağarması” effekti ilə əlaqədardır.

“APA-Economics” xəbər verir ki, bunu “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” Forumunda çıxışı zamanı Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli deyib.

O bildirib ki, 2025-ci ildə Dövlət Vergi Xidmətinin üzərinə düşən fiskal daxilolmaların həcmi 24,2 milyard manata yaxın olub və bu, ümumi fiskal yığımların 79,1%-ni təşkil edib.

O. Nəzərlinin sözlərinə görə, ötən il dövlət büdcəsinə vergi daxilolmaları 16,4 milyard manat, bunun 12 milyard manatdan çoxu isə qeyri-neft-qaz sektorunun payına düşüb. Bu sektorda daxilolmalar əvvəlki illə müqayisədə 1 milyard manat artıb.

O qeyd edib ki, qeyri-neft-qaz sektorunun ümumi vergi daxilolmalarında payı 72,4%, özəl sektor üzrə isə 76% təşkil edib.

DVX rəhbərinin sözlərinə görə, əldə olunan müsbət dinamika yalnız inzibati nəzarətin gücləndirilməsi ilə deyil, həm də iqtisadi fəaliyyətin leqallaşdırılması və vergi ödəyiciləri ilə qarşılıqlı etimadın artması ilə bağlıdır.

Rahim Tarıverdiyev vergi

Xəbər Lenti