Cümə axşamı, 5 Mart, 2026
Tarix: 05 Mar 2026 15:03
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) rəhbərliyinə təyinat olub.
Bu barədə "APA-Economics"ə Fonddan bildirilib. Məlumata görə, Vadim Pşeniçnıy bu ilin mart ayından etibarən ARDNF-in İcraçı direktoruna müşavir təyin edilib.
Qeyd edək ki, V. Pşeniçnıy 2005-ci ildən ARDNF-də müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən yeni vəzifəsinə qədər Fondun risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində işləyib.
Rahim Tarıverdiyev ARDNF Dövlət Neft Fondu Vadim Pşeniçnıy