"Bitcoin"in qiyməti 71 min dollardan aşağı enib

Tarix: 06 Mar 2026 09:26

Kriptovalyuta bazarında son 24 saat ərzində əsas aktivlərin qiymətində əsasən azalma qeydə alınıb.

“APA-Economics” "CoinMarketCap"a istinadən xəbər verir ki, "Bitcoin"in qiyməti son sutkada 2.98% azalıb və 70 612 ABŞ dolları səviyyəsində ticarət olunur.

Bazarın ikinci böyük kriptovalyutası olan "Ethereum" 2.92% ucuzlaşaraq 2 073 dollara düşüb.

BNB-nin qiyməti son 24 saatda 1.62% azalaraq 645 dollar təşkil edib.

Digər iri aktivlər arasında "Bitcoin Cash"in qiyməti 1.02% azalaraq 458.81 dollar, "Monero"nun qiyməti isə 0.76% azalaraq 361.42 dollar, "Zcash"ın qiyməti isə 4.32% azalaraq 227.41 dollar səviyyəsində qərarlaşıb.

Bununla yanaşı, Bittensor (TAO) tokeninin qiyməti bazar tendensiyasından fərqli olaraq 1.10% artaraq 189.05 dollar səviyyəsinə yüksəlib.

Bazarın ümumi dinamika­sı investorların risk iştahının zəiflədiyini göstərir. Buna baxmayaraq, bəzi aktivlərdə həftəlik artımın davam etməsi bazarda hələ də selektiv tələbin qaldığını göstərir.

Rahim Tarıverdiyev bitkoin birja kriptovalyuta bitcoin XRP Cardano Solano

Xəbər Lenti