Bazar ertəsi, 26 Yanvar, 2026
Tarix: 16 Feb 2024 18:35
Rəsmi Moskva ABŞ-ni Aleksey Navalnının ölümü ilə bağlı geniş ittihamlar səsləndirmək əvəzinə, təmkin nümayiş etdirməyə və məhkəmə-tibbi ekspertizanın nəticələrini gözləməyə çağırıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
"Niyə ABŞ üçün Rusiya vətəndaşının ölümü Ukrayna həbsxanasında işgəncə ilə öldürülən amerikalı Qonzalo Liranın ölümündən daha vacibdir?", - deyə Rusiya XİN Vaşinqtona sualla müraciət də edib.